NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı təlim olub

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində “Sosial şəbəkələrin gələcəyimizə təsiri” mövzusunda təlim keçirilib. 
7 oktyabr 2024-cü il tarixdə uşaq, yeniyetmə və gənclərin zərərli informasiyalardan qorunması istiqamətində təşkil olunan maarifləndirici təlim Şəkərabad kənd tam orta məktəbində baş tutub.
Təlimdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Rüstəm Bağırov çıxış edərək gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq olar. 
Müəllim, psixoloq, valideyn və şagirdlərin cəlb edildiyi təlimdən 40 nəfər yararlanıb, sonda mövzu ilə bağlı broşürlər paylanılıb.

Nəşr edilib : 07.10.2024 17:49