NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı təlim olub

...

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Sosial şəbəkələrin gələcəyimizə təsiri” mövzusunda təlim keçirilib. 
17 sentyabr 2024-cü il tarixdə uşaq, yeniyetmə və gənclərin zərərli informasiyalardan qorunması istiqamətində təşkil olunan maarifləndirici təlim Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə baş tutub.
Təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Səfər Tağıyev çıxış edərək gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir. Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq olar. 
22 nəfərin yararlandığı təlimdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlar paylanılıb.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 18.09.2024 10:09