NAXÇIVAN :

28 Noyabr 2026, Şənbə

Azərbaycan Bratislavada keçirilən 32-ci Xeyriyyə Milad Bazarında təmsil olunub

...

Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı səfirliyi Bratislava şəhərində keçirilən 32-ci Xeyriyyə Milad Bazarında iştirak edib.
Səfirlikdən  verilən məlumata görə, noyabrın 22-də təşkil olunan tədbirdə Azərbaycanın zəngin mədəni irsi, milli adət-ənənələri və qonaqpərvərlik mədəniyyəti nümayiş etdirilib.
Azərbaycan stendində ölkəmizin milli mətbəxini və mədəni müxtəlifliyini əks etdirən müxtəlif milli məhsullar, ənənəvi şirniyyatlar və digər mədəniyyət nümunələri təqdim olunub.

Nəşr edilib : 26.11.2026 22:52