NAXÇIVAN :

12 Fevral 2025, Çərşənbə

Sosial sahənin ən uğurlu layihəsi – özünüməşğulluq

...

Özünüməşğulluq proqramı sosial sahədə, aktiv məşğulluğun həyata keçirilməsində ən uğurlu layihələrdən biridir. Naxçıvan da sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi  tərəfindən  “Əmək və məşğulluq” altsistemi üzərindən qeydiyyata alınan işsiz və işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, özünüməşğulluğunun təşkili uğurla icra olunur. 2024-cü il ərzində özünüməşğulluğunun təşkili məqsədilə müraciət edən şəxslərdən 4892 nəfər növbəlilik reyestrinə daxil edilib, onlardan 1959 nəfəri özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd edək ki, təkcə ötən il ərzində kənd təsərrüfatı sahəsi üzrə 250, istehsal-xidmət sahəsi üzrə 250 olmaqla, ümumilikdə, 500 kvota həddi müəyyənləşdirilib. Lakin daha sonra vətəndaşların müraciətlərini, habelə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının regionlarının xüsusiyyətləri nəzərə alınıb və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlanaraq kənd təsərrüfatı istiqaməti üzrə əlavə 500 kvotanın artırılması təmin edilib, kvota 1000 həddə çatdırılıb.

Gülcamal TAHİROVA

Nəşr edilib : 04.02.2025 17:32