NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

...

Aprelin 26-da və 27-də ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Nəşr edilib : 28.04.2025 10:34