NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Sloveniyanın xarici işlər naziri: Azərbaycan və Ermənistan arasındakı sülhün region üçün çoxsaylı faydaları olacaq

...

Sloveniya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdır.

"Şərq qapısı" xəbər verir ki, bunu aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Sloveniyanın xarici işlər naziri Tanya Fayon bildirib.

“Sülh sazişi üzrə mətnin yekunlaşmasını alqışlayıram və hər iki tərəfi zəruri addımları ataraq bu sənədi tezliklə imzalamağa çağırıram. Sülhün region üçün çoxsaylı faydaları olacaq. Bu, müxtəlif ticarət təşəbbüslərinin gerçəkləşməsinə şərait yaradacaq və həm region daxilində, həm də ondan kənarda müsbət nəticələr verəcək. Eyni zamanda, bu proses Şərqlə Qərbi birləşdirəcək mühüm kommunikasiya kanalı ola bilər,” – deyə Tanya Fayon vurğulayıb.

Nəşr edilib : 17.04.2025 14:04