NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Slovakiya UN-Habitat-ın gələcək nəsil üçün davamlı şəhər dayanıqlılığı təşəbbüsünü dəstəkləyir

...

Dünyada bir çox şəhərlər iqlim dəyişməsi, demoqrafik təzyiq, iqtisadi bərabərsizlik və hərbi münaqişələrin nəticələri ilə üzləşir. Çağırış yalnız bərpa deyil, həm də uzunmüddətli yenilənmə və canlanmadır. Slovakiya bu səylərə kömək etməyə hazırdır.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba deyib.
Onun sözlərinə görə, Slovakiyada şəhərsalma siyasətinə təcrid olunmuş şəkildə deyil, ətraf mühit, enerji sistemləri və iqtisadi dayanıqlılıqla sıx bağlı bir sahə kimi baxılır. "Şəhərlər təkcə böyümə mərkəzləri deyil, həm də təhlükəsiz, funksional və uyğunlaşa bilən infrastruktur sistemləridir", - deyə nazir qeyd edib.
Tomaş Taraba Slovakiyanın UN-Habitat-ın gələcək nəsil üçün davamlı şəhər dayanıqlılığı təşəbbüsünü güclü şəkildə dəstəklədiyini diqqətə çatdırıb. "Bu layihə şəhər iqliminin dayanıqlılığını artırmaq və infrastrukturu gücləndirmək üçün praktiki platforma kimi görülür", - deyə o əlavə edib.

Nəşr edilib : 18.05.2026 19:03