NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Slovakiya Prezidenti İlham Əliyevə başsağlığı verib

...

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

"Şərq qapısı"nın məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Slovakiya vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".

Nəşr edilib : 26.12.2024 17:48