NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şıxmahmudda ot bağlaması və tövlə yanıb

...

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Babək rayonu Şıxmahmud kəndində ot bağlamalarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ot bağlamalarının yaxınlıqda 400 m² olan tövlənin çardaq hissəsinin 15 m² yanıb, 385 m² sahə yanğından mühafizə olunub.

Nəşr edilib : 27.09.2024 15:24