Naxçıvanda 35 məzun xüsusi təyinatlı ali məktəblər...
21:40 26.08.2026
0
0
0
Mədəniyyət Nazirliyi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd edilən Laçın Şəhəri Günü çərçivəsində konsert proqramı olub.
"Şərq qapısı" xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə təqdim olunan konsert proqramını tanınmış mədəniyyət və incəsənət xadimləri, doğma yurdlarına qayıdan laçınlı sakinlər və çoxsaylı qonaqlar izləyiblər.
Proqramda Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.
Həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri təqdim olunub.
Digər xəbərlər