NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Şimali Kipr Prezidenti Bakıda keçirilən TÜRK-AY konfransının yekunlarını alqışlayıb

...

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Bakıda keçirilən Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TÜRK-AY) birinci konqresinin yekunlarını alqışlayıb. Onun çərçivəsində Şimali Kipr Ali Məhkəməsinin TÜRK-AY-a müşahidəçi qismində qəbul edilməsi ilə bağlı müraciəti təsdiqlənib.

"Şərq qapısı" xəbər verir ki, Kipr türklərinin lideri ŞKTC Ali Məhkəməsinin sədri Bertan Özerdağın Azərbaycana dəvət edilməsini yüksək qiymətləndirib.

“B.Özerdağın Bakıda keçirilən TÜRK-AY konfransındakı çıxışı bizi ürəkdən sevindirdi. ŞKTC Ali Məhkəməsinin müşahidəçi qismində tanınması qərarı Bakı Bəyannaməsinin mətnində də öz əksini tapıb. Bu qərarın qəbul edilməsində əməyi olan bütün tərəflərə səmimi minnətdarlığımı bildirirəm”, - deyən ŞKTC lideri Lefkoşanın beynəlxalq arenada nailiyyətlərinə ümid etdiyini bildirib.

Nəşr edilib : 18.07.2025 18:03