Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Böyük Britaniyanın “The Global Economics” jurnalı tərəfindən beynəlxalq mükafata layiq görülüb.
Şirkətə məxsus “SİMA İmza” mobil tətbiqi jurnal tərəfindən keçirilən səsvermədə ilin ən yaxşı biometrik rəqəmsal imza tətbiqi seçilib. Mükafat 2025-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərasimdə “AzInTelecom”un rəsmi nümayəndəsinə təqdim olunacaq.
“The Global Economics” Böyük Britaniyada yerləşən maliyyə nəşri və biznes jurnalıdır. Jurnal dünyada biznes və maliyyə sektorlarına dair ətraflı araşdırmalar həyata keçirir. 2019-cu ildən hər il biznes sektorunda uğurlu fəaliyyətə malik şirkətləri müəyyən edərək “Global Economics” proqramı çərçivəsində mükafatlandırır.
“SİMA İmza” mobil tətbiqi 2022-ci ildə yaradılıb. 2024-cü ildə tərəfdaşlarının sayını 60-a çatdıran “SİMA İmza” tətbiqinin hüquqi şəxs həlli istifadəyə verilib. Bir çox hökumət portallarına, bank və maliyyə təşkilatlarına, özəl qurumlara inteqrasiyası tamamlanıb. Bu il “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 2,5 milyonu ötüb. “Digital Login” vahid giriş sistemi üzərindən 140-dan çox elektron xidmətə “SİMA İmza” ilə məsafədən əlçatanlıq təmin edilib.
Digər xəbərlər