NAXÇIVAN :

24 Avqust 2026, Bazar ertəsi

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-iyul ayları ərzində, ümumilikdə, 5202 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. 

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bunlardan 1868-i daşınmaz əmlakın texniki pasportu, 3334-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
Hesabat dövründə 512 torpaq sahəsi, 98 mənzil, 64 qeyri-yaşayış binası, 69 fərdi yaşayış evi və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə, 787 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

Nəşr edilib : 24.08.2026 10:55