Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Şərurda açılış mərasimi keçirilən Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Şahbuz rayonu oldu.
Şahbuz şəhər 1 nömrəli orta məktəbin stadionunda həyata keçirilən tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Layihə haqqında gənclərə məlumat verdikdən sonra söz çıxışçılara verilib. Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev çıxış edərək layihənin Naxçıvan gənclərinə yeni biliklər qazandıracağını, onların gələcək uğurları üçün möhkəm təməl yaradacağını qeyd edib.
COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Naxçıvan Muxtar Respublikasında yaradılmış işçi qrupunun sədri Hüseyn Səfərov və "Şuşanın azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" , " Şücaətə görə", "Vətən müharibəsində iştiraka görə" medalları ilə təltif olunmuş qazi İsa Yavərsoylu da gəncləri və qonaqları salamlayıb və tədbirin gedişatında uğurlar arzulayıb.
Şahbuz Rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət muğam üçlüyünün musiqili çıxışları gənclərin marağına səbəb olub.
Gənclər üçün sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin regionlarda məşğulluğunun təmin edilməsi, o cümlədən cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyət göstərməsinin təşviqi və stimullaşdırılması, startapçılar və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə görüşlər, gənclər siyasəti, şəxsi inkişaf və karyera quruculuğu istiqamətində sessiyalar, robototexnika, rəsm çəkmə, 3D printer və qələm tətbiqi şəbəkə sənəti üzrə master-klaslar, həmçinin şəxsi anketin (CV) yaradılması xidməti təşkil edilib.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və darts oyun çempionatı baş tutub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Şərur rayonundan başlayan xidmət Şahbuz, Babək, Sədərək, Kəngərli, Ordubad, Culfa rayonlarında olmaqla, 25 sentyabradək davam edəcək.
Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən bu il gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn Səyyar Gənclər Xidməti Azərbaycan Respublikası Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən icra olunur.
Digər xəbərlər