Bu gün müəllimlərin sertifikasiya imtahanında 97 f...
21:07 24.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, gənclərin asudə vaxtının səmərəli təşkili və şəxsi inkişafına xidmət edən layihə çərçivəsində növbəti tədbirlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında Sədərək rayonunun eyniadlı kəndində reallaşıb.
Açılış tədbirində nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gənclər üçün yaradılan imkanlardan bəhs edib. Əlavə olunub ki, “Səyyar Gənclər Evi” layihəsi uzaq ərazilərdə yerləşən kənd və qəsəbələri əhatə edir. Məqsəd həmin yerlərdə yaşayan gənclərin şəxsi inkişafına, intellekt səviyyəsinə, sağlamlığına və sosial aktivliyinə töhfə vermək, maraqlı və əyləncəli vaxt keçirməsinə nail olmaqdır.
Layihənin proqramına uyğun olaraq “Naxçıvan Təlim Mərkəzi”nin əməkdaşı Turqay Babayev tərəfindən motivasiya təlimi, o cümlədən “Vətəni tanı!”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları və əyləncəli idman yarışmaları təşkil olunub. Tədbirlərdə fərqlənən gənclər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Digər xəbərlər