Naxçıvanda narkotikin təsiri altında avtomobil ida...
12:46 21.04.2025
0
0
1
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
Sevgi.... Duyğuların ən safı, ruhun dərinliklərinə bir səyahət. Eşq... İnsan ruhunu yenidən yoğuran, buzlu qış günlərində belə içini isti tutan bir atəşdir. Bu atəş ki, hər ürəkdə fərqli alovlanar, ancaq hər zaman eyni şeyi deyər: “Yaşa eşqlə ruhun dərinliklərində”. Eşq insana bir ruh qatar, aldığı nəfəs daha xoş gələr insana, sanki bir yaz küləyi kimi.
Eşq bir toxunuşda gizlidir, sevənin əli sevənə dəyərkən yaratdığı titrəyişdə. O toxunuş nə qədər qısa olsa da, bir ömür həsrətini, bir ürək yanğısını özündə daşıyar. O toxunuş sükut qədər sakit, fırtına qədər güclü olar....
Eşq sənin sükutunda onun adını eşitməkdir. Eşq, bir cümləni yalnız o söyləyə bilərmiş kimi hiss etməkdir. Bir baxışda bütün kainatı görməkdir. Eşq, bir nəfəsdə bütün həyatın dadını hiss etməkdir. Bəzən o qədər güclü olar ki, nəfəsini kəsər, həyatını məhv edər, bəzən isə elə həlim olar ki, sənə unudulmaz bir xoşbəxtlik bəxş edər.
Eşq qüsursuz deyildir, əksinə, qüsurlar ümmanında bir gəmidir. Ummadığı an sənə yaxınlaşar, ürəyində bir dərd, yara bağlayar. Sevgi, mükəmməllik axtarışı deyildir, əksinə, qüsurlarda bir-birini tamamlayan, çatlarda güclənən bir melodiyadır.
Eşq, illərin yorğunluğunu sevdiyin bir səsdə unutmaqdır. Hər səhər gözlərini açanda ona yenidən vurulmaqdır. Bəzən sadəcə skamyada oturub susmaqdır...
Eşq bəzən bir vəddir – “Hər zaman yanında olacağam”. Bəzən bir xatirədir – “Səni unutmadım”. Amma həmişə, hər zaman bir hissdir – “Səni sevirəm”.
Eşq, insanın yaşadığı ən gözəl nağıldır. Bu nağılda hər kəs öz qəhrəmanıdır, sevdicəyi onun möcüzəsi. Bu möcüzəni yaşayan hər ürək, əslində, dünyanın ən zəngin ürəyidir. Çünki eşq ruhu saflaşdırar, qəlbi zənginləşdirər, insanı insan edər. Ancaq eşq gedərkən özündə saflığı, zənginliyi də aparar.
Sevgi, gözlədiyin şəkildə qaytarılmaz sənə, bəzən 70 illik xatirələr torpağın ürəyini çürütməsilə, bəzən də bir ayrılıqda bitər. Və bəzən, hər şeyi verdiyin insan, sadəcə səni özünə əbədi xatirə olaraq saxlayar.Yanına yoldaş, sözünə sirdaş olan bir ürəyə xəyanət etməksə, qəlbin ən parlaq ulduzunu öz əllərinlə söndürməkdi.
Eşq çıraqlarınız daim yanar olsun.
Araz QULİYEV
Digər xəbərlər