Əziz Naxçıvanlılar və şəhərimizin qonaqları!...
20:09 20.05.2025
0
0
0
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Şərq qapısı" xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".
Digər xəbərlər