Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Prezident İlham Əliyevin Çinə səfəri və Çinin Tiencin şəhərində keçirilən “ŞƏT Plus” formatının 25-ci sammitində iştirakı ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın regional proseslərin fəal iştirakçısı olduğunu, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də önəmli töhfələr verdiyini göstərir. Tiencin sammiti Azərbaycanın xarici siyasət kursunda mühüm mərhələdir. Prezident İlham Əliyevin sammitdə iştirakı və xüsusi qarşılanması göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal əməkdaşlıqda yeni formatların qurucusu və təşəbbüskarı kimi qəbul edilir. Bu, Azərbaycanın həm Çinlə ikitərəfli əlaqələrini gücləndirəcək, həm də ŞƏT və “ŞƏT Plus” çərçivəsində təsir imkanlarını genişləndirəcək.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Çinə səfəri və ŞƏT sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətin növbəti uğurlu addımıdır. Çin rəsmi olaraq Azərbaycanın ŞƏT daxilindəki mövqeyini dəstəkləyir və yaxın gələcəkdə ölkəmizin bu təşkilata tamhüquqlu üzv olması istiqamətindəki səylərinin artırılmasının vacibliyini bildirir.
Deputatın sözlərinə görə Çin Azərbaycan münasibətlərinin yüksəlməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir göstəricisidir: “Dövlətimizin başçısının strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı dövrdə orta güc dövlətinə çevrilməsini təmin edir. Bu səfər yalnız ölkəmizin qlobal təşkilatlarla münasibətlərini möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi və siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir. Səfər gələcək perspektivlər baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT platformasında daha fəal rol oynaması, həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar açır. Bu isə Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyini gücləndirir və çoxtərəfli əməkdaşlıq sahəsində təşəbbüskar kimi mövqeyini daha da möhkəmləndirir”.
“Beləliklə, Prezident İlham Əliyevin səfəri və sammitdə iştirakı Azərbaycanın xarici siyasət strategiyasının uğurla reallaşmasının növbəti göstəricisi olmaqla, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq”,- deyə Gülxarə Tarverdiyeva bildirib.
Digər xəbərlər