NAXÇIVAN :

08 Iyun 2025, Bazar

"Səsin sehri" adlı solo konsert keçirilib

...

Sədərək Rayon Uşaq Musiqi məktəbinin Vokal ixtisası üzrə V sinif şagirdi Kənan Babayevin "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Səsin sehri" adlı solo konserti keçirilib.
Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni Səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və dünya musiqi nümunələrindən ibarət bir-birindən rəngarəng musiqi nömrələri ilə çıxış edən şagirdlərin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 
Sonra məktəbin direktoru  Vəfa Həsənova uğurlu konsertə görə  şagirdləri və müəllimləri təbrik edib, Vokal ixtisası üzrə təhsil alan şagirdlərin göstərdikləri nailiyyətlərdən söz açıb.
Sonda konsertdə iştirak edən müəllim və şagirdlər məktəbin diplomları ilə təltif olunub.

Nəşr edilib : 08.06.2025 11:03