NAXÇIVAN :

02 May 2026, Şənbə

Şərurda minik avtomobili ilə TIR toqquşub, xəsarət alanlar var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Şərur rayonunun Daşarx kəndindən keçən hissəsində baş verib. Qəza zamanı 74-BD-219 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə Türkiyə Respublikasına məxsus 27-AOZ-83 dövlət nömrə nişanlı yük avtomobili toqquşub. Hadisədə xəsarət alan sürücü və sərnişin Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.02.2026 01:22