Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Şərur rayonunda payız qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi mövzusunda maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov açaraq bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd payız qış mövsümü dövründə rayon ərazisində baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması və yanğın təhlükəsizlik məsələləri ilə bağlı əhalinin maarifləndirilməsidir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mirtaleh Seyidov çıxış edərək bildirdi ki, yanğınların statistikasına görə payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf ki, bu hadisələrin qarşısını hələ tamamilə almaq mümkün deyil. Ancaq yanğınların sayını minimuma endirmək, hadisə zamanı insan itkisinin qarşısını almaq mümkündür və Dövlət Yanğın Nəzarəti Xidmətinin qarşısında duran əsas vəzifə budur.
Qeyd olunub ki, yanğınların təhlilinin nəticəsi göstərir ki, mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz cihaz və qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, uşaqların odla dəcəlliyi və s. olmuşdur.
Digər çıxış edənlər yaşayış mənzillərində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəblərindən, hadisələrin qarşısının alınması məqsədilə FHN-nin 112 və 101 qaynar xəttlərinə zənglərin hansı qaydada edilməsindən bəhs ediblər.
Tədbirdə iştirakçılara mövzuya uyğun olaraq videoçarx və slaytlar izlədilib, yaddaş vərəqələri paylanılıb.
Digər xəbərlər