NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Şərur rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Şərur rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbir keçirilib.    
"Şərq qapısı" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz  xatirəsini ehtiramla yad ediblər. 
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısının müavini Aysel Zellabdinova giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdur.
Həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Əziz Qasımov və YAP-ın Şərur rayon təşkilatının sədri Əmir Babayev mövzu ilə bağlı çıxış ediblər.                                                                                   
Sonda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.

Nəşr edilib : 15.04.2025 16:43