Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
NAXÇIVAN :
31 Yanvar 2025, Cümə
Bələdiyyə seçkiləri zamanı 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Şərur rayonunda yerləşən seçki məntəqələri üzrə də seçicilər öz namizədlərini seçmək üçün məntəqələrə üz tutub. 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 1-i qapalı olmaqla, 58 məntəqə üzrə 50 min 224 seçici, 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə isə 2-si müvəqqəti olmaqla, 54 məntəqə üzrə 48 min 81 seçici qeydiyyata alınıb.
Qeyd edək ki, 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Şərur rayonunda 42 seçki məntəqəsi yaradılıb. Məntəqələr üzrə 17 min 108 nəfər kişi seçici olmaqla, ümumilikdə, 34 min 580 seçici qeydiyyata alınıb. Həmin dairə üzrə Şərur rayonunda 228 nəfər ilk dəfə seçki hüququndan istifadə edəcək. Seçkilərin gedişatına nəzarət etmək üçün 2 saylı Şərur-Kəngərli seçki dairəsinin Şərur rayonu üzrə məntəqələrində 3 veb-kamera quraşdırılıb. Qeyd edək ki, Şərur rayonunda dairə üzrə ən yaşlı seçicilər Çəmənli kənd sakini 1924-cü il təvəllüdlü Misri Qulu qızı Quliyeva və Qarahəsənli kənd sakini 1924-cü il təvəllüdlü Fatma Mirhüseyn qızı Həsənovadır.
1 saylı Şərur-Sədərək seçki dairəsinin Şərur rayonunda yaradılan 43 məntəqə üzrə isə 35 min 49 seçici qeydiyyata alınıb. Adıçəkilən seçki dairəsi üzrə 234 nəfər ilk dəfə seçki hüququndan istifadə edəcək. 1 saylı Şərur-Sədərək seçki dairəsinin Şərur rayonunda yerləşən məntəqələri üzrə ən çox seçici sayı 1-21 saylı Cəlilkənd məntəqəsində qeydə alınıb. Qeyd edək ki, 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə seçki gedişatına nəzarət etmək üçün, ümumilikdə, 7 veb-kamera quraşdırılıb ki, bunlardan 6-sı dairənin Şərur rayonunda yerləşən məntəqələrində quraşdırılıb.
Digər xəbərlər