Bu il “Son zəng” tədbiri iyun ayının 13-də keçiril...
20:04 21.04.2026
0
0
0
“Şərq qapısı” qəzetinin kollektivi Anım Günü ərəfəsində şəhid məzarlarını ziyarət edib
“Şərq qapısı” qəzetinin kollektivi 27 sentyabr – Anım Günü ərəfəsində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad edib.
Əvvəlcə Naxçıvan şəhərində yerləşən Zəfər parkı ziyarət olunub, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi anılıb və abidənin önünə gül dəstələri qoyulub.
Sonra kollektiv Sədərək, Şərur rayonlarında yerləşən Şəhidlər xiyabanında və Kəngərli rayonunun Xok kənd qəbiristanlığında igid oğullarımızın xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 27 sentyabr xalqımız üçün həm qəhrəmanlıq, həm də qürur günüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi daim uca tutulur, onların şücaəti gələcək nəsillərə örnəkdir.
Digər xəbərlər