NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

“Şərq qapısı” qəzetinin fotoları “Land of Fire Through the Lens” adlı fotoalbomda yer alıb

...

Azərbaycan Fotoqrafları Birliyinin yeni layihəsi olan “Land of Fire Through the Lens” adlı fotoalbom çapdan çıxıb. Nəşrdə Azərbaycanın gözəlliklərini əks etdirən 47 fotoqrafın əsərləri yer alıb.

Albomda Naxçıvanda  çap olunan “Şərq qapısı” qəzetinin  fotoqrafları – Əsəd Səfərov və Əli Xudiyevin çəkdiyi fotolar da təqdim olunub. Bu fotolarda Naxçıvanın təbiəti ustalıqla əks etdirilib.

Xüsusi qeyd olunmalıdır ki, kitabın üz qabığında yer alan foto Ordubad ərazisindəki Göygöldə lentə alınıb.

Əhməd Əhmədov

Nəşr edilib : 27.04.2025 19:10