NAXÇIVAN :

26 Aprel 2025, Şənbə

"Şərq qapısı" qəzetinin əməkdaşı Heydər Əliyev Fondu tərəfindən təşkil edilən Bakı Marafonunun fəxri iştirakçısı seçildi

...

Heydər Əliyev Fondu tərəfindən təşkil edilən ənənəvi Bakı Marafonunda bu il “Şərq qapısı” qəzetinin əməkdaşı Səhnə Tağıyeva fəxri iştirakçı statusu ilə təmsil olunacaq.

Qürurverici haldır ki, Naxçıvandan çıxan bu yol yalnız fiziki məsafəni deyil, eyni zamanda qəlbləri və arzuları birləşdirir. Səhnə xanımın marafona qatılması, sadəcə, bir qaçış deyil – bu, sağlamlığa, ruh yüksəkliyinə və birliyə olan inamın simvoludur.

Biz Səhnə xanımı təbrik edir və arzulayırıq ki, onun qaçışı təkcə Bakı bulvarında yox, bir gün göylərdən keçib, azad yollarla Naxçıvandan Bakıya uzanan bir uçuşa çevrilsin.

Yolların açıq olsun, yol qədər yaxın olaq!

Əhməd ƏHMƏDOV

Nəşr edilib : 25.04.2025 16:15