Enerji diplomatiyasında yeni mərhələ
23:30 07.04.2025
0
0
0
NAXÇIVAN :
07 Aprel 2025, Bazar ertəsi 08:49
“Şərq qapısı” qəzetinin elan etdiyi “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Müstəqil Azərbaycan: Konstitusiya və Suverenlik İlinin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsində hər kəs iştirak edə bilər.
Yaradıcılıq müsabiqəsi qəzet məqaləsi istiqaməti üzrə keçirilir. Müsabiqədə iştirak etmək istəyənlər hazırladığı işi “Şərq qapısı” qəzeti redaksiyasına təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilmiş materialların qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq.
Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq materiallar Naxçıvan Muxtar Respublikasında Konstitusiya quruculuğu, sosial-iqtisadi inkişaf, səhiyyə, mədəniyyət, təhsil, vətənpərvərlik, ordu quruculuğu, gənclər sahəsində görülən işlər, ekologiya, idman, müasir inkişaf mənzərəsi, naxçıvanlı döyüşçülərin Vətən müharibəsindəki döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar və digər istiqamətlərdən birini və ya bir neçəsini əhatə etməlidir. Müsabiqəyə təqdim olunan məqalələr qəzetdə və ya informasiya portallarında dərc edilmiş olmalıdır. Müsabiqəyə təqdim olunan yazılar A4 ölçülü kağızda çap olunmuş halda (dərc olunduğu qəzetin nüsxəsi ilə birlikdə, yaxud dərc edildiyi saytın müvafiq linki qeyd edilməklə), müəllif haqqında məlumatla birgə təqdim olunmalıdır.
Müsabiqə 01 aprel-30 avqust 2025-ci il tarixlərdə keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 30 avqust 2025-ci il tarixinədək “Şərq qapısı” qəzeti redaksiyasına təqdim etməlidir. Qaliblər sentyabr ayında keçiriləcək tədbirdə elan olunacaq və mükafatlandırılacaqdır. Müsabiqədə yer tutan və fərqlənən iştirakçılara pul və qiymətli hədiyyələr təqdim olunacaq.
Digər xəbərlər