NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Sərmayə kapitalı verilmiş qadınlarla bağlı monitorinqlər davam edir

...

Qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı verilən qadınların işlədiyi və yaşadığı ünvanlarda növbəti monitorinqlər aparılıb. Naxçıvan şəhərində keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Naxçıvan şəhər sakinləri Şahbazova Tutu Vilayət qızı dərzilik sahəsi üzrə, Musayeva Türkanə Fizuli  qızı isə xalçaçılıq sahəsi üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahələrini inkişaf etdiriblər.

Nəşr edilib : 27.02.2025 20:31