Mərkəzi Seçki Komissiyasının iclası keçirilib...
18:17 26.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti monitorinqlər aparılıb. Şərur rayonunda keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Şərur şəhər sakini Bağırova Misiri Məhərrəm qızı qənnadı və un məmulatları üzrə, Şərur şəhər sakini Hüseynova Elnarə Qənimət qızı çörək istehsalı üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahəsini qurub və inkişaf etdiriblər. Monitorinqlər zamanı heç bir nöqsan aşkarlanmayıb.
Digər xəbərlər