NAXÇIVAN :

24 Avqust 2026, Bazar ertəsi

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

...

Əminəm ki, Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə təltifetmə mərasimində bildirib.

Özbəkistan Prezidenti qeyd edib: “Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı - ən yüksək dərəcəli “Dostluq” ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir”.

Nəşr edilib : 23.08.2026 23:52