NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Serbiyanın Milli Assambleyası ilə ticarət, investisiya, enerji sahələrində əməkdaşlıq müzakirə edilib

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, nazirlikdən bildirilib ki, görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və imzalanan sənədlərin Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Serbiya ilə iqtisadi sahədə əməkdaşlığın geniş potensiala malik olduğu bildirilib, müxtəlif iqtisadi istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb. Serbiya şirkətlərinin ölkəmizdə reallaşdırılan iqtisadi layihələrdə iştirak imkanları diqqətə çatdırılıb.

Görüşdə iqtisadi sahədə birgə təşəbbüslərin önəmi qeyd olunub, ticarət, investisiya, biznes, enerji və digər sahələrdə işbirliyinin səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.

Nəşr edilib : 24.09.2025 17:14