Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları ar...
20:50 26.10.2026
0
0
0
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.
"Şərq qapısı" xəbər verir ki, artıq iki gündür Polşada olan Azərbaycan çempionunun baş məşqçisi Fərid Ələkbərov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
“Son iki məşqimizi “Prezero Arena”da keçirdik. Yaxşı hazırlaşmışıq, heyət üzvləri də yaxşı formadadır. Ən əsası zədəli futzalçımız yoxdur. Komanda demək olar ki, sırf yerli futzalçılardan qurulub. Yalnız bir legionerimiz var. Bu da öz uşaqlarımız üçün əla fürsət, yaxşı şansdır. Bu mərhələdə oynamaq, həyəcanı yaşamaq hər idmançıya qismət olmur”.
Baş məşqçi kimi Çempionlar Liqasında debüt edəcək F.Ələkbərov rəqibin kimliyindən asılı olmayaraq maksimum nəticə üçün mübarizə aparacaqlarını vurğulayıb: “Bilirik ki, rəqiblərimiz də iddialıdır və növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar. Xüsusilə də meydan sahibi kollektivi qeyd etmək istərdim. Onlar neçə ildir uğur qazanmaq üçün heyət yığırlar. Həm də oyunlar onların doğma məkanında keçiriləcək. Azarkeş dəstəyi də onların xeyrinə olacaq. Digər rəqiblərimiz də turnirə yaxşı heyətlə qatılacaqlar. Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, sona qədər mübarizə aparacağıq. Məqsədimiz isə bütün oyunlarda qələbə qazanmaqdır”.
Qeyd edək ki, 5-ci qrupda yer alan komanda ilk görüşünü oktyabrın 27-də “Uypeşt”ə (Macarıstan) qarşı keçirəcək.
Digər xəbərlər