Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Serbiyaya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10 saziş və memorandum imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Kasım-Jomart Tokayev ilə görüşdə iki ölkə arasında əlaqələrin dərin dostluğa əsaslandığını bildirib və Serbiyanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyinə görə Qazaxıstana təşəkkür edib.
Qazaxıstan Prezidenti isə iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və dəstəyə əsaslandığını deyib. Bildirib ki, Serbiya Qazaxıstanın Balkan regionunda etibarlı tərəfdaşıdır.
Görüşdə kənd təsərrüfatı, sənaye, nəqliyyat sahələrində birgə investisiya qoyuluşları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Serbiya və Qazaxıstan prezidentlərinin iştirakı ilə sənədlər imzalanıb və mübadilə edilib.
Qeyd edək ki, bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Serbiyaya ilk rəsmi səfəridir.
Digər xəbərlər