Yeni tədris ili münasibətilə şəhid övladlarına mək...
19:19 14.09.2026
0
0
0
NAXÇIVAN :
14 Sentyabr 2026, Bazar ertəsi
Prezident lham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Şəmkir rayonunda icrası diqqətdə saxlanılır.
“Şərq qapısı” xəbər verir ki, Dövlət Proqramının icrası ilə bağlı təsdiq edilmiş iş planına uyğun olaraq, rayon rəhbərliyi və Prezident Administrasiyasının məsul əməkdaşı, Dövlət Proqramının icrası istiqamətində yaradılmış qərargahın üzvləri bir sıra təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb, görülən işlərlə yaxından tanış olublar.
Şəmkir Aqroparkında keçirilən görüşdə müəssisənin mövcud vəziyyəti, bağçılıq sahəsində planlaşdırılan tədbirlər, həmçinin su resurslarından səmərəli istifadə məqsədilə nəzərdə tutulan layihələr müzakirə edilib. Bağçılıq və istixana təsərrüfatlarına baxış zamanı isə bu sahələrin inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, istixana təsərrüfatlarının müasirləşdirilməsi və istehsal imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər nəzərdə tutulur. Şəmkirin əlverişli iqlim şəraiti və formalaşmış aqrar infrastrukturu, həmçinin sahibkarların zəngin təcrübəsi bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır. Heyvandarlıq təsərrüfatında aparılan işlərlə tanışlıq zamanı yüksək məhsuldar cins heyvanların sayının artırılması, yem bazasının gücləndirilməsi, baytarlıq xidmətlərinin əlçatanlığının təmin edilməsi və müasir təsərrüfat idarəçiliyinin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Fermerlərlə görüşlər zamanı onların fəaliyyətində qarşılaşdıqları məsələlər dinlənilib, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Rayon icra hakimiyyəti başçısının yanında fəaliyyət göstərən qərargahın iclasında fermerlərin təkliflərinin nəzərə alınması, problemlərin həlli üçün zəruri tədbirlərin görülməsi və Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin icrasının təmin edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Digər xəbərlər