NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Səlahiyyətli nümayəndə Şahbuzda vətəndaşları qəbul edib

...

Noyabrın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şahbuz rayonunda sakinlərlə görüşüb.

Görüşdən əvvəl səlahiyyətli nümayəndə və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Ümummilli Liderimiz Heydər Əliyevin Şahbuz şəhərində ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Sonra Fuad Nəcəfli Şahbuz rayon sakinləri, o cümlədən şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb, onlarla fərdi söhbət aparıb. Sakinlərin problemləri və təklifləri dinlənilib. Müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.

Nəşr edilib : 23.11.2024 14:46