Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin in...
22:05 05.10.2026
0
0
0
Naxçıvan şəhərində ictimai nəqliyyat artıq tamamilə elektrobuslarla təmin olunub.
“Şərq qapısı” xəbər verir ki, bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.
Muxtar respublika ictimai nəqliyyatında müasir idarəetmə sisteminin tətbiq edildiyini vurğulayan C.Cəlilov deyib: “Yəni vətəndaş artıq “ağıllı” idarəetmə sisteminə malik nəqliyyat xidmətindən istifadə edir: ödənişlər tam nağdsız həyata keçirilir, avtobusların hərəkət intervalları və sıxlığı “ağıllı” sistemlər vasitəsilə tənzimlənir. Bu da birbaşa vətəndaş məmnunluğuna hesablanmış prosesdir. Növbəti mərhələdə isə cənab Prezidentin Sərəncamına uyğun olaraq, ictimai nəqliyyatın yenilənməsinin muxtar respublikanın bütün yaşayış məntəqələri arasındakı marşrut şəbəkəsini əhatə etməsi nəzərdə tutulub”.
Digər xəbərlər