NAXÇIVAN :

17 Oktyabr 2024, Cümə axşamı

Şəhidlərin xatirəsi Xocalıda ehtiramla anılıb

...

27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Xocalıda da ehtiramla anılıb.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı rayonunda yerləşən şəhid məzarlığında Anım Gününə həsr olunmuş tədbir keçirilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçilərinin, müəllim, tələbə və şagirdlərin iştirak etdiyi mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, şəhidlərimizin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.

Nəşr edilib : 27.09.2024 14:39