NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şəhid övladı: “Şuşa mənim üçün çox doğma və müqəddəs bir məkandır"

...

“Bu gün arzumun gerçəkləşdiyi, qürurlu bir gündür. Ona görə ki, mən, anam və iki qardaşımla birgə Şuşaya gedirəm. Şuşa mənim üçün çox doğma və müqəddəs bir məkandır”. 
Bu sözləri “Şərq qapısı”na  müsahibəsində şəhid gizir Ruzi İbrahimovun qızı Gülay İbrahimova söyləyib. 
O deyib: “Qarabağa getmək və oraları görmək məni çox həyəcanlandırır. İlk dəfədir ki, Şuşada olacağam. Ora atamın döyüşdüyü son yerlərdir. Və ona görə də mənim üçün əziz və müqəddəsdir. Bu səbəbdən də çox duyğulanıram”.

Nəşr edilib : 13.08.2025 11:43