İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir...
17:26 21.04.2026
0
0
0
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib. Daha sonra şəhidimizin döyüş yolunu əks etdirən slayd nümayiş olunub. Şəhidimizin anası Səfurə Orucova və qardaşı Rövşən Orucov çıxış edərək Elşən Orucovla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun şücaətindən, igidliyindən bəhs ediblər. Tədbirdə çıxış edənlər mayor Elşən Orucovun döyüş yolundan, Vətəni qorumaq uğrundakı mübarizəsindən danışıblar.
Bildirilib ki, şəhidimiz xidməti dövründə göstərdiyi qüsursuz xidmətinə görə dəfələrlə təltif olunub.
Sonda tədbirdə vətənpərvərlik uğrunda kompozisiya nümayiş etdirilib, Elşən Orucovun döyüş yoldaşlarının xatirələrinə həsr olunmuş mahnı və şeirlər səsləndirilib.
Digər xəbərlər