NAXÇIVAN :

14 Mart 2025, Cümə

Şəhid leytenant İbrahim Əliyevin doğum günü münasibətilə tədbir keçirilib

...

Fevralın 17-də Kəngərli Rayon İcra Hakimiyyəti, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin doğum günü münasibətilə tədbir keçirilib.
Kəngərli Rayon Mədəniyyət Sarayında baş tutan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir: "Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə Azərbaycan torpaqları tamamilə azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu".
Sonra şəhid atası Əbülfət Əliyev, şəhid leytenant İbrahim Əliyevin anası Xəzəngül Əliyeva, Vətən müharibəsi qazisi Əli Əlisoy çıxış ediblər.
Tədbirdə şəhid leytenant İbrahim Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, “Xudayar təsnifi” ifa olunub. Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdləri və şəhidin bacısıqızları şeirlər səsləndirib, şəhidin xatirəsinə həsr olunmuş bədii kompozisiya təqdim edilib.
Sonda şəhidin anası Xəzəngül Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib. O, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərova, müəllim Minurə Əliyevaya, Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Xuraman Cəfərli və Aysel Şəfizadəyə, Kəngərli Rayon Mədəniyyət İdarəsinin əməkdaşı Vəzir Qasımova və I Qarabağ müharibəsi veteranı Fəxrəddin Qurbanova təşəkkürnamələr təqdim edib.

Nəşr edilib : 17.02.2025 22:17