NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Şəhid atası şahmat turninin mükafatçısı olub

...

Bu gün Naxçıvan şəhərində keçirilmiş şahmat üzrə rapid turnirində iştirak edən şəhid valideyni Bahəddin Hətəmov bürünc medal qazanıb.

Bahəddin müəllim, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid kapitan Elməddin Meydanovun atasıdır. 

Qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xidməti vəzifələrini və qarşıya qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiyinə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nəşr edilib : 25.02.2025 18:57