NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

...

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində, Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində, Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində, Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Nəşr edilib : 17.08.2026 09:09