Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa ç...
23:33 15.05.2026
0
0
0
Naxçıvanda şəhid övladının əldə etdiyi yüksək nəticə böyük qürur hissi doğurub.
“Şərq qapısı” xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixdə XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərov yüksək nəticə göstərərək 282 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında Şərur rayonunun ümumtəhsil məktəbləri üzrə şagirdlər arasında ən yüksək nəticəni də məhz Məhəmməd Cəfərov göstərib.
Bu uğur həm əzmkarlığın, həm də Vətənə xidmət ruhunda formalaşan gəncliyin parlaq nümunəsidir.
️
Digər xəbərlər