Naxçıvan şəhərində avtomobil 2 tələbəni vurub...
01:26 27.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhid Hafiz Qasımovun ailəsini ziyarət edib.
Ziyarət zamanı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.
Şəhid Hafiz Qasımovun ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.
Xatırladaq ki, Hafiz Cavanşir oğlu Qasımov 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Hafiz Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" hərbi hissəsində leytenant hərbi rütbəsində xidmət edirdi.Azərbaycan Ordusunun leytenantı olan Hafiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hafiz Qasımov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Culfa rayonunun Camaldın kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Daha sonra komitənin kollektivi 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, məzarların üzərinə tər güllər düzüb və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıblar.
Digər xəbərlər