Qəhrəmancasına döyüşüb şəhid oldu
20:05 24.11.2024
0
0
0
29 oktyabr 2024-cü il tarixdə Heydər Əliyev adına “Uşaq-Gənclər Yaradıcılıq” Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Şəhərsalma və Memarlıq İrsi” adlı sərgi-müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd memar və dizaynerlərin, bu yerlərin tarixini, memarlıq elementlərini və irsini müasir tələblərə uyğunlaşdıraraq əsərləri ilə ictimaiyyətə tanıtmaqları, bacarıqlarını və ideyalarını üzə çıxarmaq olmuşdur.
Tədbirdə Naxçıvan Memarlar Birliyinin sədri Heydər Əhmədov, Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının dekanı Cavanşir Zeynalov, kafedra müdiri Gülnarə Qəhrəmanova və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüș, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Sərgi-müsabiqədə çıxış edən İlqar Sadıqov, Heydər Əhmədov və Cavanşir Zeynalov Naxçıvanın tarixi, memarlıq ənənələri və 100 yaşı olan qədim diyarımız barədə dəyərli fikirlər söylədilər. Sonra təqdim olunan əsərlərə baxış keçirilmiş, 3 nominasiya üzrə təqdim edilən əsərlər 4 nəfər münsif heyəti tərəfindən qiymətləndirilmişdir.
Sonda qaliblər seçilmiş və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Digər xəbərlər