TÜRKPA Baş katibi Şimali Kiprin Cümhuriyyətçi Türk...
22:56 17.04.2026
0
0
0
Aprelin 16-da ekokönüllülərin iştirakı ilə Naxçıvan şəhərindəki Sahil Parkının kənarında, Naxçıvançay vadisi ətrafında keçirilib.
"Şərq qapısı" xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər iştirak ediblər.
Aksiya zamanı ərazi,ümumilikdə, 150 kiloqramdan artıq tullantıdan təmizlənib.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli yanaşmanın təşviqi və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.
Digər xəbərlər