NAXÇIVAN :

12 May 2026, Çərşənbə axşamı

Səfir: Azərbaycan və Türkmənistan Orta Dəhliz dəhlizin inkişafında əhəmiyyətli rola malikdir

...

Yeni gəminin istifadəyə verilməsi, ilk səfərini Azərbaycana etməsi iki qardaş dövlətin nəqliyyat və logistika sahəsindəki yaxın əməkdaşlığından xəbər verir. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türkmənistanin Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov “Gadamly” gəmisinin qarşılanması ilə əlaqədar Bakı Beynəlxalq Dəniz Ticarət limanında keçirilən mərasimdə deyib.

Onun sözlərinə görə, gəmi Türkmənistanın “Balkan” gəmiqayırma zavodunda Koreya mütəxəssisləri ilə birlikdə hazırlanıb.

“Gəmi təkcə Azərbaycan ilə Türkmənistan arasında deyil, tranzit yüklərin də daşınmasında iştirak edəcək. Azərbaycan və Türkmənistan Orta Dəhliz üzərində yerləşən mühüm dövlətlərdir və dəhlizin inkişafında əhəmiyyətli rola malikdir. Yaxın aylarda Türkmənistan istehsalı olan daha bir yük gəmisi də istifadəyə veriləcək və o da tranzit yükdaşımada iştirak edəcək”, - deyə səfir əlavə edib.

Diplomat onu da vurğulayıb ki, dövlətlər arasında yalnız nəqliyyat deyil, bütün sahələrdə inkişaf müşahidə olunur: “Bu inkişafda hər iki dövlətin prezidentinin böyük əməyi və praqmatik siyasəti dayanır. Bu siyasətin davamı ölkələrimiz və xalqlarımızın maraqlarını əks etdirir”.

Nəşr edilib : 12.05.2026 13:16