Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq “Təbiəti qoruyaq” adlı aksiya keçirilib.
"Şərq qapısı" xəbər verir ki, aksiyada Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşları, məktəbin müəllimləri və I-IV sinif şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən məktəbin direktoru Təhminə Zamanova aksiyanın keçirilməsində məqsəd məktəbin ərazisində yaşıllıqların qorunması, onların insan həyatında faydaları haqqında məlumat verib.
Daha sonra şagirdlər gül kollarını alaq otlardan təmizləmiş, ağac əkmiş və ağacların dibləri ağardılaraq suvarılıb.
Tədbirin sonunda məktəbdə “Təbiəti qoruyaq” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Keçirilən müsabiqənin qalibləri təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.
Digər xəbərlər