NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Sədərək rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Sədərək rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Sədərək  Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu – ilk Konstitusiya qəbul olunmuşdu
Həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının əməkdaşı Samir Tarverdiyev, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Qadir Əkbərov, Sədərək Rayon Prokurorluğunun əməkdaşı Rəmzi Həsənov və YAP-ın Sədərək rayon təşkilatının sədri Arif Qasımov  mövzu ilə bağlı çıxış ediblər.
Sonda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.

Nəşr edilib : 22.07.2025 16:35