Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ...
18:23 30.09.2026
0
0
0
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
"Şərq qapısı" xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycanın gələn il 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi etməsi əsas müzakirə mövzusu olub.
Tərəflər futbolun, xüsusilə də gənclər arasında kütləviləşdirilməsi, istedadlı oyunçuların üzə çıxarılması və məşqçi, hakim, menecer, həkim və digər mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Görüşdə Özbəkistanda FIFA-nın irimiqyaslı turnir və tədbirlərinin keçirilməsi, həmçinin qurumun Daşkənddə regional nümayəndəliyinin açılması prosesinin sürətləndirilməsi məsələlərinə də diqqət yetirilib.
Digər xəbərlər